Putin Azərbaycan və Ermənistan liderlərini Rusiyaya dəvət edib

   Putin Azərbaycan və Ermənistan liderlərini Rusiyaya dəvət edib
  24 Oktyabr 2022    Oxunub:1037
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı dövlətlərarası münasibətləri müzakirə etmək üçün Rusiyaya növbəti üçtərəfli sammitə dəvət edib.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. Onun sözlərinə görə, sammitdə üçtərəfli və ikitərəfli məsələlərin bütün sahələr üzrə müzakirəsi planlaşdırılır.

Zaxarova qeyd edib ki, Qərbin təntənəsiz və həyasız yanaşmasını Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı da müşahidə etmək olar: "Problemin nə regional spesifikliyi, nə də xüsusi həssaslığı nəzərə alınmır. Vaşinqton və Brüsselin əsl məqsədləri heç də kompromis və balanslaşdırılmış həll yollarının inkişafı deyil, özünü reklam etmək və Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaqdır.

Bizim üçtərəfli işlərimiz mənimsənilir və təhrif edilir. Avropa İttifaqı, ATƏT, Fransa adı altında Qərb emissarlarının Ermənistana gəlişləri artıb. Bütün region əhalisinin maraqlarını nəzərə almayan tələsik təşəbbüslər irəli sürülür. Bu, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 9 noyabr 2020-ci il tarixli saziş əsasında çətin şəraitdə əldə edilmiş balansın pozulmasına gətirib çıxara bilər".

AzVision.az



Teqlər:





Xəbər lenti