Zelenski Rusiya ilə bağlı İsrailə müraciət etdi

O, növbəti dəfə İsraildən hava hücumundan müdafiə sistemləri istəyib və İsrail liderlərinin Kiyevi dəstəkləməmək qərarının Rusiyanın İranla hərbi tərəfdaşlığını təşviq etdiyini bildirib: "Moskvanın Tehranla hərbi əməkdaşlığı, çox güman ki, Rusiyanın İrana nüvə proqramının inkişafında yardım etməsi ilə nəticələnəcək".
Qeyd edək ki, İsrail Ukraynada Rusiya işğalını pisləsə də, Moskva ilə münasibətləri gərginləşdirməkdən ehtiyatlanır və Rusiyada yaşayan yəhudilərinin rifahını təmin etmək istəyir.
Noyabrın 1-də yeni hökumət seçməyi planlaşdıran İsrail, Ukraynaya humanitar və müdafiə avadanlığı yardımlarını məhdudlaşdırıb. Buna baxmayaraq, Ukraynaya mülki şəxslərin hava hücumu ilə bağlı xəbərdar edilməsi işinə kömək etməyi təklif edib.
Bundan əlavə, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ölkəsinin hava hücumundan müdafiə sistemləri ilə təmin edilməsi üçün İsrail hökumətinə rəsmi müraciət göndərəcəyini açıqlamışdı. Lakin, İsrailin müdafiə naziri Benni Qantz bildirib ki, yəhudi dövləti NATO ölkələri ilə birlikdə Ukraynanı dəstəkləyir, lakin “operativ səbəblərdən” hələ də Kiyevi silahla təmin etmək niyyətində deyil.
AzVision.az
Teqlər: