Aİ gələn il Ukraynaya 18 milyard avro ayıracaq

   Aİ gələn il Ukraynaya  18 milyard avro ayıracaq
  24 Oktyabr 2022    Oxunub:814
Avropa İttifaqı 2023-cü ildə Ukraynaya 18 milyard avro ayıracaq.
Bunu Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Aİ liderlərinin Brüsseldə keçirilən sammiti zamanı deyib. Onun sözlərinə görə, Ukrayna Rusiya ilə mübarizəni davam etdirdiyi müddətdə ona maliyyə yardımı davam edəcək.

Analitiklər Ukraynaya maliyyə yardımını Avropa İttifaqı ölkələrinə miqrant axınının qarşısının alınmasına yönəlmiş tədbir kimi qiymətləndirirlər.

Aİ əhalisi isə hökuməti bir az da onların qeydinə qalmağa çağırır. Demək olar ki, hər gün etiraz aksiyaları keçirən avropalıların əsas tələbi elektrik enerjisinə görə subsidiyaların ayrılması və inflyasiya ilə mübarizədə lazımi tədbirlərin görülməsidir.

AzVision.az



Teqlər:





Xəbər lenti