Ərdoğan: "Azərbaycanla münasibətləri yeni səviyyəyə qaldırmışıq" - VİDEO

      Ərdoğan:    "Azərbaycanla münasibətləri yeni səviyyəyə qaldırmışıq" -  VİDEO
  24 Oktyabr 2022    Oxunub:2127
Vətən müharibəsindən sonra biz Azərbaycanla münasibətlərimizi yeni səviyyəyə qaldırmışıq.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Zəngilan Hava Limanının açılışında iştirakını xatırladan Türkiyə lideri bildirib ki, işğaldan azad edilmiş ərazilərdə rekord müddətə inşa edilən Füzuli və Zəngilan aeroportları bölgənin inkişafı baxımından son dərəcə əhəmiyyətlidir.

Onun sözlərinə görə, oktyabrın 20-də baş tutan səfər çərçivəsində açılışı keçirilən yeni təsisatlar, həmçinin üçtərəfli formatda gerçəkləşən əməkdaşlıq əlaqələri üçün vacibdir. Türkiyənin dövlət başçısı əlavə edib ki, müzakirələr zamanı ərazilərin minalardan təmizlənməsinin, həmçinin digər sahələrdəki əməkdaşlıq əlaqələrinin sürətləndirilməsi qərarlaşdırılıb.



Türkiyə Prezidenti Şuşa bəyannaməsinin imzalanması ilə Azərbaycan-Türkiyə münasibətlərində yeni dövrün başladığını diqqətə çatdırıb: "Dost və qardaş Azərbaycana səfər edərək işğaldan azad edilən ərazilərdə inşa olunan Zəngilan Beynəlxalq Hava Limanının açılışını qardaşım Prezident İlham Əliyevlə birlikdə etdik. Bilindiyi kimi, Vətən savaşından sonra əlaqələrimizi yeni mərhələyə yüksəltdik. Münasibətlərimizin şəhadətnaməsi olan Şuşa Bəyannaməsini məclislərimizdən ildırım sürəti ilə keçirərək yeni dövrü təsdiq etdik".


AzVision.az



Teqlər: Türkiyə   Azərbaycan  





Xəbər lenti