İran Rusiyaya gülləkeçirməz jilet verəcək

   İran Rusiyaya gülləkeçirməz jilet verəcək
  24 Oktyabr 2022    Oxunub:1067
İran Rusiya ordusunu gülləkeçirməz jilet və dəbilqə ilə təmin edəcək.
Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsi məlumat yayıb. Bildirilib ki, yaxın zamanda 3000 ədəd mühafizə dəsti - 1500 gülləkeçirməz jilet, 1500 ədəd "Milad" (İran) istehsalı olan dəbilqənin təhvil verilməsi planlaşdırılır.

Nazirlik əlavə edib ki, İran hakimiyyəti Rusiyaya yeni tipli PUA - “Arash-2” və İran raketlərinin döyüş istifadəsində kömək etmək üçün yeni məsləhətçilər qrupu göndərməyi də planlaşdırır.

AzVision.az



Teqlər:





Xəbər lenti