"Ukraynalı uşaqları bağlayıb yandırmaq olar" - Simonyana üzr istətdirən ifadə

   "Ukraynalı uşaqları bağlayıb yandırmaq olar" -    Simonyana üzr istətdirən ifadə
  24 Oktyabr 2022    Oxunub:1178
"Russia Today"in aparıcısı Anton Krasovski yayımlanan proqramlarından birində Ukraynalı uşaqlarla bağlı dəhşətli ifadələr səsləndirib.
Krasovskinin qonağı olan rus yazıçısı Sergey Lukyanenko 1980-ci ildə Ukraynaya səfəri zamanı uşaqların sovet əsgərlərini işğalçı adlandırdığını bildirib. Bundan sonra aparıcı aqressivləşərək ukraynalı uşaqlar haqqında xoş olmayan ifadələr işlədib.

"Həmin ukraynalı uşaqları çaya ataraq boğmaq və ya daxmalara bağlayıb yandırmaq olar",- deyə efirdə bildirib.

Sputnik və RT media şəbəkəsinin baş redaktoru Marqarita Simonyan bundan sonra üzr istəyib və Krasovskinin işdən çıxarıldığını bildirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti