İran vətəndaşı ölkəsinin İrəvandakı səfirliyini partlatmaq istədi

   İran vətəndaşı ölkəsinin İrəvandakı    səfirliyini partlatmaq istədi
  24 Oktyabr 2022    Oxunub:2739
İran vətəndaşı Ermənistanda səfirlik binasını partlatmaq istəyib. AzVision.az xəbər verir ki, bu barədə "Aravot" saytı məlumat yayıb.
Məqalədə qeyd edilir ki, bir neçə gün öncə Ermənistanda olan İran İslam Respublikasının vətəndaşı M.A. Ermənistan Milli Təhlükəsizlik Xidmətinə (MTX) ərizə ilə müraciət edib.

O, müraciətində qeyd edib ki, Ermənistanda olan tanışlarından biri, İran vətəndaşı Ş.Z. ona oktyabrın 1-də hazırladığı terror aktı barədə məlumat verib. Həmin informasiyaya görə, sözügedən iranlı İrəvanın Budaqyan küçəsi 1 ünvanında yerləşən İran İslam Respublikasının səfirliyinin binasını partlatmaq istəyib. Hətta həyəcan siqnalının işə salınması faktı ilə bağlı Ermənistan MTX-də ilkin araşdırma da başlanılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: İran   Ermənistan  





Xəbər lenti