Mədəni proqramda gürcü xalqının milli adət və ənənələri nümayiş etdirilib. Tədbirdə Gürcüstanın milli musiqisi və rəqsləri, gürcü mətbəxinin nümunələri, o cümlədən şirniyyatları təqdim olunub.
Prezident İlham Əliyev və Baş nazir İrakli Qaribaşvili milli gürcü rəqslərinə baxıblar.





***
Gürcüstanın Mçxeti rayonundakı Muxrani saray kompleksində mədəni proqram təqdim olunub.
AzVision.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili tədbirdə iştirak ediblər.
AzVision.az