"Ermənistanın Rusiya ilə heç bir perspektivi yoxdur” - Qaregin Miskaryan

   "Ermənistanın Rusiya ilə heç bir perspektivi yoxdur” -    Qaregin Miskaryan
  24 Oktyabr 2022    Oxunub:841
Ermənistanda anti-Rusiya ab -havası artmaqdadır. Yerli mediada Kremlin regionla bağlı yürütdüyü siyasəti pisləyən silsilə yazılar dərc edilir, siyasətçilər isə Vladimir Putinin əleyhinə şərhlər verirlər.
Məsələn, "Demokratik Platforma Fondu"nun direktoru Qaregin Miskaryan "Mamul" saytına açıqlamasında deyib ki, Ermənistanın Rusiya ilə heç bir perspektivi yoxdur.

"Çünki Rusiyanın özünün heç bir perspektivi yoxdur. İstər gündəlik məsələlərlə bağlı danışanlar, istərsə də geosiyasi təhlillər yazanlar, bu və ya digər şəkildə Ermənistanın Rusiya ilə əlaqələrini müsbət tərəfdən təqdim etmək istəyənlər ya cahildirlər, ya da zaydırlar.
Bütün cəhalət və pisliklərə baxmayaraq, Ermənistan suveren, demokratik, hüquqi, sosial, xalq mərkəzli dövlət olacaq”, - ekspert deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti