İranda həbs edilən azərbaycanlı fəala amansız işgəncələr verilib

Oktyabrın 20-də İran İnsan Haqları Təşkilatı yaydığı bəyanatda etiraz aksiyalarında tutulanlara müxtəlif işgəncələr verildiyini bildirib. Təşkilatın sədri Mahmud Əmiri Müqəddəm İranın hökumət qüvvələri tərəfindən tutulan və barələrində məlumat verilməyən şəxslərə işgəncə verilməsindən, bəzilərinin isə işgəncə nəticəsində öldürülməsindən narahatlıq keçirdiklərini qeyd edib.
O, beynəlxalq insan haqları təşkilatları və dünya birliyinə müraciət edib. M.Əmiri müraciətində həbsdə olan etirazçıların taleyinin müəyyənləşməsi və azadlığa buraxılmaları üçün Tehran hökumətinə təzyiq göstərilməsinə çağırıb.
AzVision.az
Teqlər: