Onun sözlərinə görə, Rusiya bu dronları daimi olaraq sifariş edir. Hazırda Moskva 1700-ə yaxın bütün növ dron sifariş edib. Lakin onlar hələlik istehsal və hazırlanma mərhələsindədir.
![]() |
İranın PUA-ları Ukraynada vəziyyəti dəyişə bilərmi? - ARAŞDIRMA |
Budanov qeyd edib ki, ruslar oktyabrın 22-də 330-a yaxın "Şahed"dən istifadə ediblər. Onlardan 222-si vurulub, digərləri hədəfə çatıb. Lakin vurulmayan dronlar da həmişə dəqiq işləməyiblər, bəzən düşməli olan ərazinin yaxınlığında partlayıblar. Ümumilikdə 30% dron hədəfə yönələ bilib.

Kəşfiyyat rəhbəri onu da vurğulayıb ki, Ukraynanın havadan müdafiə qüvvələri prinsipcə öz işinin öhdəsindən gəlir və uçaqların, raketlərin 70 faizi vurulur. Lakin "şahedlərin" istifadəsi ilə reallaşan terrorlar uzun müddət çəkə bilər. Eyni zamanda, ruslarda İranda olan pilotsuz təyyarələri qədər raket qalmayıb.
O həmçinin qeyd edib ki, Kremlin “İskəndər" raketlərinin təxminən 13% -i, “Kalibr-PL”, “Kalibr-NK”-lərin 43%, X-101 və X-555 raketlərinin isə 45%-i qalıb. 30%-dən aşağı düşmək isə ümumiyyətlə, çox təhlükəlidir. Çünki o, artıq hərbi dildə desək, "NZ" deməkdir. Yəni toxunulmaz ehtiyat... Rusiya "İskəndər"lərlə bağlı çoxdan "NZ" səviyyəsini keçib. Lakin ruslar hələ də "Kalibr" və X-101, X-555-lərin sayının normada saxlanılması üçün çalışırlar.
Tural Tağıyev
AzVision.az