Belarus Kiyevə qarşı müharibəyə başlayacaqmı? - Kəşfiyyatdan açıqlama

   Belarus Kiyevə qarşı müharibəyə başlayacaqmı? -    Kəşfiyyatdan açıqlama
  24 Oktyabr 2022    Oxunub:1115
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bəyan edib ki, Belarusdan ölkə ərazisinə hücum təhlükəsi artmaqdadır. Hətta Minsk səfərbərlik resurslarını yoxlamağa da başlayıb. Lakin Ukraynanın kəşfiyyat rəsmiləri əmin edirlər ki, reallıq tamam başqadır, Rusiyanın müttəfiqi buna çətin ki, gedə.
Ukraynanın Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov yerli mediaya açıqlamasında deyib ki, bu cür söhbətlər çoxdan aparılır.

"Xatırlatmaq istəyirəm ki, Belarusun Ukraynaya hücumu ilə bağlı hekayələr aprel ayından bizim mətbuatda da yer alır. Təxminən ayda bir dəfə deyirlər ki, belarusların dəhşətli legionları sabah hücuma keçəcək. Amma reallıq bir az fərqlidir və mən dəfələrlə bu mifləri ifşa etmişəm. Belarusdan potensial təhlükə varmı? Bu əslində heç kimə sirr deyil. Ruslar indi ora müəyyən sayda bölmələr köçürürlər. Amma onların dedikləri və nələri köçürmələri fərqli anlayışlardır" - Budanov qeyd edib.

Belarus səfərbərliyə hazırlaşır
Belarusluların yaxın vaxtlarda Volına girəcəkləri ilə bağlı suala gəldikdə isə Budanov belə cavab verib ki, bu günə qədər hər hansı bir zərbə qruplarının yaradılmasına dair heç bir əlamət yoxdur. İndiyədək ruslar Belarusa 3200-ə yaxın canlı qüvvə gətirib.

Belarusluların yaxın vaxtlarda Volına girəcəkləri ilə bağlı suala gəldikdə isə Budanov belə cavab verib ki, bu günə qədər hər hansı bir zərbə qruplarının yaradılmasına dair heç bir əlamət yoxdur. İndiyədək ruslar Belarusa 3200-ə yaxın canlı qüvvə gətirib.

Lakin onlar Belarusa ağır texnikasız gəliblər. Əksinə, Belarus özü bütün avadanlıqlarını uzunmüddətli saxlama bazalarından çıxararaq Rusiyaya göndərir. Kəşfiyyat rəhbərinin sözlərinə görə fiziki olaraq belarusların Ukrayna əsgərləri ilə döyüşmək üçün güclü avadanlıqları i yoxdur. Onlar özləri də bunu başa düşürlər.

O, həmçinin Kiyevə qarşı müharibənin ilk günlərində olduğu kimi yenidən hücum cəhdlərini mümkünsüz hesab edir.

"Hazırda belə bir plan yoxdur. Hücumu nəzəri cəhətdən realdırmı? Bu mümkündür. Bunun üçün qoşunların köçürülməsinə təxminən iki və ya iki həftə yarım vaxt lazımdır. Bu, hallar isə mövcud deyil", - Budanov bildirib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Belarus   Ukrayna  





Xəbər lenti