Belarus səfərbərliyə hazırlaşır

   Belarus səfərbərliyə hazırlaşır
  24 Oktyabr 2022    Oxunub:847
Belarusda artıq bir aya yaxındır ki, səfərbərlik resurslarının aktiv yoxlanışı aparılır. AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Baş qərargahın məlumatına görə, səfərbərlik resurslarının yoxlanılması oktyabrın əvvəlindən başlayıb və hələ də davam edir.

"Potensial çağırışçılar haqqında məlumatların yoxlanılması və dəqiqləşdirilməsi üçün yerli icra hakimiyyəti orqanlarının nəzdində xüsusi qruplar yaradılıb. Hazırda hərbi yaşda olan kişilərin fəaliyyət növü, hərbi ixtisası və ailə vəziyyəti dəqiqləşdirilir", - məlumatda deyilir.

O da vurğulanır ki, Belarus ərazisindən Ukraynanın kritik infrastrukturuna raket və hava zərbələri endirilməsi təhlükəsi, o cümlədən İran istehsalı olan pilotsuz uçuş aparatlarından istifadə təhlükəsi qalmaqdadır.

Tural Tağıyev
AzVision.az



Teqlər: Belarus   Səfərbərlik  





Xəbər lenti