"Putin və Zelenski ilə bu ay 5 dəfə danışmışam" - Ərdoğan

 "Putin və Zelenski ilə bu ay 5 dəfə danışmışam" -    Ərdoğan
  23 Oktyabr 2022    Oxunub:1390
"Putinlə sonuncu söhbətimizdə biz Rusiyadan kasıb ölkələrə taxıl və gübrə çatdırılması imkanlarını müzakirə etdik. Ümid edirəm ki, bu problemi həll edə bilərik”
AzVision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bazar günü Diyarbəkir şəhərində gənclərlə danışarkən deyib.

Ərdoğan taxıl müqaviləsinin davamı olaraq Rusiyadan əsasən yoxsul ölkələrə kənd təsərrüfatı məhsulları və gübrələrin tədarükünə başlanacağına ümid etdiyini bildirib.

"Biz yoxsul ölkələri, o cümlədən Afrikanı təkcə taxılla təmin etmək üçün addımlar atmamışıq, söhbət gübrələrdən də gedir. Quraqlıq problemini ciddi şəkildə yaşayan bu ölkələrə gübrə problemlərinin həllində kömək etmək lazımdır", - o bildirib.

Türkiyə lideri əlavə edib ki, son bir ayda Putin və Ukrayna prezidenti Vladimir Zelenski ilə 5 dəfə danışıb. Bundan əlavə, onun sözlərinə görə, ABŞ prezidenti Co Baydenlə Ukrayna böhranını həll etmək üçün telefon diplomatiyasını davam etdirir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti