Sabiq deputat iki polisi yaraladı

   Sabiq deputat iki polisi yaraladı
  23 Oktyabr 2022    Oxunub:971
Braziliya federal parlamentinin keçmiş üzvü Roberto Cefferson onu nəzarətə götürmək üçün gələn iki polisi yaralayıb. Bu barədə bazar günü G1 portalı məlumat yayıb.
Hadisə ev dustaqlığında olan deputatın Rio-de-Janeyro ştatındakı mənzilində baş verib. Onun ev dustaqlığının həbs-qətimkan tədbiri ilə əvəz olunması qərarı keçmiş deputatın sosial şəbəkələrdən istifadəyə qoyulan qadağanı pozmasından və bir gün əvvəl Federal Ali Məhkəmənin hakimlərindən birini təhqir etməsindən sonra verilib.

Cefferson asayiş keşikçiləri istiqamətində tapançadan iki atəş açıb və 3 qumbaradan istifadə edib. Qəlpələr polisləri başlarından və ayaqlarından yaralayıb. Onlara tibbi yardım göstərilib. Bundan sonra siyasətçinin evinə xüsusi təyinatlılar göndərilib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti