“Rusiya münaqişənin tam bitməsində maraqlı deyil” - Vladimir Bekiş

   “Rusiya münaqişənin tam bitməsində maraqlı deyil” -    Vladimir Bekiş
  21 Oktyabr 2022    Oxunub:4381
“Rusiyanın Azərbaycan və Ermənistan arasında hərbi toqquşmalara məqsədyönlü addımlarla səbəb olması ehtimalı azdır. Ancaq Rusiyanın münaqişənin tam dayandırılmasında maraqlı olmaması faktı, şübhəsiz ki, var”.
Bu sözləri AzVision.az -a açıqlamasında Fransa prezidenti Emmanuel Makronun Moskvanın rolu ilə bağlı fikirlərini şərh edən rusiyalı hərbi-siyasi analitik, strateji təhlükəsizlik sahəsi üzrə ekspert, Yaxın Şərq üzrə mütəxəssis Vladimir Bekiş deyib.

Onun fikrincə, Moskvanın motivləri sadədir:

• Birincisi, münaqişə dayanarsa və gərginlik aradan qalxarsa, o zaman Rusiyanın vasitəçi, sülhməramlı və arbitr rolu aradan qalxacaq.
“Makron “va-bank”a gedir” – Dmitri Solonnikov

• İkincisi, heç kim kömək üçün Rusiyaya müraciət etməsə və Moskvadan heç nə istəməsə, Rusiya bunun müqabilində “ərizəçidən” heç nə tələb edə bilməyəcək. Üstəlik, Rusiyanın tələbləri və ya əks “istəkləri” həm maddi, həm də sırf siyasi (dünya arenasında, BMT-də dəstək) ola bilər.

• Üçüncüsü, Rusiya hərbçilərinin münaqişə zonasında olması bir sıra sırf hərbi vəzifələri həll etməyə imkan verir. Məsələn, öz hərbi əməliyyatlarını təlimlərdə deyil, məhz real böhran şəraitində "sınaqdan keçirmək", ərazilərin və vəziyyətlərin monitorinqi üçün vasitələrin hazırlanması, kəşfiyyat xidməti, digər tərəflərin və qonşu dövlətlərin reaksiyalarını və hərəkətlərini izləmək və s.

• Dördüncüsü, Rusiya hərbçilərinin münaqişə zonasında olması həm də prinsipcə Azərbaycan və Ermənistan hakimiyyətlərinin hərəkətlərinə təsir göstərməyə imkan verir. Məsələn, hökumətlərdən biri Rusiyanın maraqlarına və ya baxışlarına zidd bir hərəkət edərsə, o zaman münaqişə zonasında olan qüvvələrin bunu “nəzərə almaları” tamamilə mümkündür.

Samir Quliyev
AzVision.az


Teqlər:   Rusiya   Fransa  





Xəbər lenti