“Makron “va-bank”a gedir” – Dmitri Solonnikov

// Fransa Afrikada itirdiklərini Qafqazda kompensasiya etməyə çalışır”

    “Makron “va-bank”a gedir” –    Dmitri Solonnikov
  21 Oktyabr 2022    Oxunub:2304
“Qərb dəyərlərinin təbliği indi Makron üçün çox vacib vəzifədir. O, güc nümayiş etdirməyə çalışır, buna görə də həm Rusiyaya, həm də Azərbaycana qarşı sərt ritorika ilə çıxış edir. O, indiki böhrandan sağ çıxa biləcəkmi? Böyük sual ondan ibarətdir ki, heç nə edə bilməsə, Vaşinqtondakı “böyük dostları” onu dəstəkləyəcəklər, ya yox? Ona görə də, Makron oynayır və “va-bank” gedir”.
Bu sözləri Fransa prezidenti Emmanuel Makronun Rusiya və Azərbaycan əleyhinə sərt açıqlamalarını AzVision.az -a şərh edən rusiyalı ekspert, Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikov deyib.

O bildirib ki, Makron üçün situasiya bir neçə istiqamətdə gərginləşib. İndi ya sərt hücuma keçməlidir, ya da Fransa beynəlxalq arenada mövqelərini ciddi şəkildə itirməyə başlayacaq. Fransa Afrikada öz təsirini tədricən itirir. Eyni zamanda Afrikada Rusiyaya uduzur.
Fransa müstəmləkəçiliyinin nakam erməni arzusu - TARİXİ TƏHLİL

- Fransa fransız imperiyasının qalıqlarını itirir. Odur ki, Rusiyadan qisas almaqla bunun əvəzini çıxmaq istəyir. Belə bir situasiyada Fransa fəal şəkildə Cənubi Qafqaza daxil olur, öz yeni hökmranlığını bərqərar etməyə çalışır,- Solonnikov vurğulayıb.

Ekspert deyir ki, Kerç körpüsündə baş vermiş partlayışın araşdırıldığı bir vaxtda Fransanın Ermənistanla birgə fəal hərəkət etdiyini görməmək mümkün deyil: “Paşinyan həmişə qərbyönümlü oyunçu olub və olaraq da qalır. O, ölkəsini Qərbə aparır, eyni zamanda, Aİİ və KTMT çərçivəsində qalmaqdan fayda götürmək imkanını özündə saxlayır. Hazırda Ermənistanda olan eyni siyasət kursu vaxtilə Ukraynada da olub. İrəvan üstünlüklər əldə etmək ümidi ilə Qərbə doğru gedir. Amma sabah Ermənistanın bugünkü Ukraynaya çevrilməməsi vacibdir. Ermənistanda da rusdilli məktəblərə, rus kanallarına qadağalar qoyulub, nasist cinayətkarlarının, məsələn, Njdenin təbliğatı və şöhrəti ən yüksək səviyyədə həyata keçirilir.

Murad Nəcəfov
AzVision.az


Teqlər:   Fransa   Ermənistan   Makron  





Xəbər lenti