"Bir gecə ansızın gələ bilərik", "Ayşə tətilə çıxsın" - Ərdoğanın və Ecevitin işlətdiyi ifadələrin tarixçəsi

   "Bir gecə ansızın gələ bilərik", "Ayşə tətilə çıxsın" -    Ərdoğanın və Ecevitin işlətdiyi ifadələrin tarixçəsi
  07 Oktyabr 2022    Oxunub:2726
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hələ ötən ay Yunanıstana xəbərdarlıq etmişdi. O bildirmişdi:

“Ey yunan, tarixə bax, tarixə qayıt, çox irəli getsən, bədəli ağır olacaq. Yunanıstana bir cümləmiz var: İzmiri unutma! Vaxtı-saatı gələndə lazım olanı edəcəyik. Bir gecə ansızın gələ bilərik”.
Ötən gün Praqada keçirilən mətbuat konfransında yunan jurnalist Ərdoğanın bu ifadəsi ilə bağlı ona sual ünvanladı:
“Cənab Prezident, “Bir gece ansızın gələ bilərik” deyərkən Yunanıstana hücumu nəzərdə tutursunuz?”. Türkiyə lideri isə jurnalistin sualına :“Əslində mövzunu başa düşmüsən. Bu təkcə Yunanıstana aid məsələ deyil. Bizi narahat edən, bizə hücum edən hansı ölkə olursa-olsun, onlara qarşı bizim cavabımız: Bir gece ansızın gele bilərik. Bunu belə bilib anlamaları lazımdır. Siz başa düşdüyünüzə görə, onlar da başa düşüblər”,-deyə cavab verdi.

O, bu ifadəni hətta 2019-cu ildə Serbiya ziyarəti zamanı işlədərək dünya güclərinə ciddi mesaj vermişdi və bildirmişdi ki, "Bir gecə ansızın gələ bilərik. Terror təşkilatlarının ölkəmizə qarşı təhdidlərini qəbul etmirik və bunun cavabını qəti şəkildə verəcəyik”.

AzVision.az bu ifadənin maraqlı tarixçəsi ilə bağlı BDU-nun Jurnalistika fakültəsinin dekanı, filologiya elmləri üzrə elmlər doktoru Vüqar Zifəroğunun yazısını təqdim edir.

Bir şərqinin tarixi...

“Bir gecə ansızın gələ bilərik”- bu ifadə indi dəTürkiyəyə qarşı oyun quran, ona hər imkanda zərbə vurmağa çalışan qüvvələrə münasibətdə qardaş ölkənin liderlərinin tez-tez səsləndirdikləri xəbərdarlıqdır. Əslində bu ifadənin çox maraqlı tarixi var. Və Türkiyəyə düşmən qüvvələr də çox yaxşı bilirlər ki, bu cümlənin arxasınca atıla biləcək addım onlar üçün hansı ağır nəticələrə səbəb ola bilər. Onlar bunun çox uzaq keçmişdə yox, 48 il əvvəl -1974-cü ildə əyani şəkildə şahidi olublar...

“Bir gecə ansızın gələ bilirim”

1974-cü il Kipr Barış Hərəkatından əvvəl rumlara qarşı zülmün sona çatması üçün Türkiyənin müdaxiləsini gözləyən Kıbrıs türklərini psixoloji cəhətdən sarsıtmaq, onların müqavimətini qırmaq üçün rumlar Kipr dövlət radiosi ilə tez-tez həmin dövrün dəbdə olan türk şərqilərindən birini yayımlayırdılar. Yayımlanan şərqinin əsas nəqarəti belə idi:

“Bekledim de gelmedin
Sevdiğimi bilmedin
Gözyaşımı silmedin
Hiç mi beni sevmedin
Söyle, söyle hiç mi beni sevmedin…”


Bununla rumlular Kiprin türk kəsiminə Türkiyənin adaya müdaxilə etməyəcəyinə eyham vurur, onların çağırışlarının əbəs olduğuna işarə edirdilər. Təbii ki, bu istehzaya cavab da gəlirdi. Bu dəfə Türkiyənin radiosundan və yenə də həmin dövr üçün çox populyar olan digər şərqinin dili ilə:

“Bu kadar yürekten çağırma beni
Bir gece ansızın gelebilirim
Beni bekliyorsan, uyumamışsan
Sevinçten kapında ölebilirim…”


Və elə bu məşhur şərqidə də bildirildiyi kimi, Türk ordusu çox az sonra bir gecə ansızın adaya daxil olaraq nəticəsi müvəffəqiyyətli olan barış hərəkatına start verir, Kipr Türk Cümhuriyyəti qurulur...

Kipr barış hərəkatı ilə bağlı daha bir maraqı ifadə də var ki, yaddaşlara əbədi olaraq həkk edilib. Bu da Aişə adlı məktəblinin tətilə çıxması ilə bağlıdır...



“Ayşə tətilə çıxsın”

Kiprlə bağlı Cenevrədə aparılan danışıqrlarda türk əhalinin adanı tərk etməsi və Türkiyənin də onlara yardımlarını dayandırması üçün Yunanıstanı dəstəkləyən Qərbin təzyiqləri davam etməkdə idi. Ankaranı Kiprlə bağlı proseslərdən tam kənarlaşdırmaq, adanın isə faktiki olaraq tam şəkildə yunanların ixtiyarına buraxılması üçün mümkün olan bütün təzyiq vasitələrindən istifadə edilməkdə idi.

Cenevrədəki danışıqlar bir nəticəyə gəlməyincə, o dövrün baş naziri Bülent Ecevit “Ayşə tətilə çıxsın” masajını o vaxtkı xarici işlər naziri Turan Günəşə çatdırır.

Cenevrə danışıqlarının heç bir nəticə verməyəcəyini anlayan o zamankı xarici işlər naziri Turan Günəş isə Ankaraya zəng edərək, həmin tarixi cümləni təkrarlayır: “Ayşə tətilə çıxsın”. Həmin zaman yunanlar və kiprli rumlar baş verənlərə təəccüblənirlər. Lakin məhz bu mesajın Ankaraya çatdırlmasından dərhal sonra Kipr əməliyyatı başlayır.

Ayşə Cenevrə konfransına qatılan o vaxtkı xarici işlər naziri Turan Günəşin qızının adı idi.
Turan Günəş özü bu “parol” hadisəsini belə izah edir: "İkinci Cenevrə Konfransına getməzdən əvvəl Baş nazir Ecevitlə son dəfə vəziyyəti qiymətləndirmək üçün müzakirələr aparır və hazırlıqları nəzərdən keçirirdik. Bu arada konfransın yarımçıq qalma ehtimalından da danışdıq. O zaman qərara gəldik ki, aramızda bir parol təyin edək. Elə bu vaxt Orxan Birgit mənə zəng etdi. Ona dedim ki, Cenevrə danışıqları uzana bilər, ona görə də uşaqlarımın məni gözləmədən tətilə getmələrini istədim. Mən telefonla danışığımı bitirdikdən sonra baş nazir mənə tərəf dönüb dedi: "Mən parolu tapdım: “Ayşə tətilə şıxsın”.

İşlər qırılma nöqtəsinə gəlsə, burada işlər uzanacaq, mənə “Ayşə tətilə çıxsın” de, mən başa düşərəm...". Beləliklə, biz də parol üzərində qərarlaşdıq”.

AzVision.az


Teqlər:





Xəbər lenti