Beynəlxalq məhkəmələrə ermənilərin cinayətləri ilə bağlı müraciət davam etdirilir

Beynəlxalq məhkəmələrə ermənilərin cinayətləri ilə bağlı müraciət davam etdirilir
  01 Oktyabr 2022    Oxunub:790
Erməni qəsbkarlarının cinayətləri ilə bağlı beynəlxalq məhkəmələrə müraciət istiqamətində işlər davam etdirilir.
AzVision.az -ın məlumatına görə, bu barədə Azərbaycanın Baş prokuroru Kamran Əliyev rəsmi mətbuata məqaləsində bildirib.

“Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən Vətən müharibəsi gedişində qanunsuz erməni birləşmələrinin törətdikləri hər bir cinayət faktı üzrə döyüş əməliyyatlarının aparıldığı şəraitdə mümkün istintaq hərəkətləri həyata keçirilməklə zəruri tədbirlər görülmüşdür.

Eyni zamanda erməni qəsbkarları tərəfindən dağıdılmış yaşayış məntəqələrinə, tarixi, dini-mədəni abidələrə və digər əmlaklara, həmçinin ekologiya və yerin təkinə dəymiş ziyanın, eləcə də işğal dövründə əldən çıxmış faydanın məbləğinin müəyyən edilməklə beynəlxalq məhkəmələrə müraciət olunması istiqamətində digər qurumlarla, o cümlədən Xarici İşlər Nazirliyi ilə əlaqəli şəkildə müvafiq işlər davam etdirilir”, - Baş prokuror qeyd edib.

AzVision.az



Teqlər:





Xəbər lenti