"Şəhid qardaşına iki otaq mənzil verilməsi böyük işdir?" - Aqil Abbas

   "Şəhid qardaşına iki otaq mənzil verilməsi böyük işdir?" -    Aqil Abbas
  30 Sentyabr 2022    Oxunub:319
Milli Məclisin deputatı Aqil Abbas parlamentin plenar iclasında uşaq evində böyüyən şəhid Səbuhi Əhmədovun qardaşına şəhid ailəsi statusunun verilməməsi məsələsindən danışıb.
AzVision.az xəbər verir ki, deputat çıxışında həmin şəxsə şəhid ailəsi statusunun verilməsini təklif edib.

“Axı bu, nə qanundur? Necə yəni bir var-yox qardaşı olana şəhid ailəsi statusu verilmir? Ailəli birinə necə bir otaq mənzil verilə bilər? Şəhid qardaşına iki otaq mənzil verilməsi böyük işdir? Xahiş edirəm ki, sədr (Sahibə Qafarovaya müraciətlə - red.) kimi həmin ailə diqqətə alınsın və ona iki otaq mənzil verilsin. Həmçinin şəhid ailəsi statusunun verilməsinə kömək edəsiniz”.

AzVision.az

Teqlər:







Xəbər lenti