İtkin hərbçilərin yaxınları İrəvanda aksiya keçirirlər

   İtkin hərbçilərin yaxınları    İrəvanda aksiya keçirirlər
  26 Sentyabr 2022    Oxunub:401
Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi son hərbi təxribatlar nəticəsində itkin düşən hərbçilərlin valideynləri etiraz aksiyaları keçirirlər. AzVision.az xəbər verir ki, onlar bu gün Ermənistan Müdafiə Nazirliyinin binası qarşısına toplaşıblar.
Etirazçılar səlahiyyətlilərdən övladları barədə məlumat verməyi tələb ediblər.

Aksiya iştirakçılarından Seryoja Kazaryan jurnalistlərlə söhbətində deyib ki, 13 gündür oğlundan xəbər ala bilmir. Əsgər sonuncu dəfə sentyabrın 13-də səhər saatlarında Azərbaycanla yaşanan hərbi toqquşmalardan bir neçə saat sonra yaxınları ilə əlaqə saxlayıb.

"Biz baş nazir Nikol Paşinyana müraciət edirik, onun da bir oğlu var. Uşaqlarımız haqqında məlumat almaq istəyirik. Bilmək istəyirik ki, uşaqlarımızın taleyini öyrənmək üçün nə edirlər? Onlar indi haradadırlar, sağdırlarmı? Biz bütün bunları öyrənmək istəyirik”, - Kazaryan deyib.

O, "Qırmızı Xaç" Komitəsi ilə əlaqə saxladığını, lakin onlarda da lazımi məlumatlar olmadığını söyləyib.

- Oğlumun harada olduğunu bilmirəm. Bilmirik ki, əsir düşüb ya ölüb... Biz bir şeyi başa düşmürük ki, övladlarımızın həyatına və taleyinə necə barmaqarası baxılır, – əsgər atalarından biri deyib.

Narazı erməni "Qırmızı Xaç" Komitəsi ilə əlaqə saxladığını, lakin onlarda da lazımi məlumatlar olmadığını söyləyib.

- Oğlumun harada olduğunu bilmirəm. Bilmirik ki, əsir düşüb ya ölüb... Biz bir şeyi başa düşmürük ki, övladlarımızın həyatına və taleyinə necə barmaqarası baxılır, – əsgər atalarından biri deyib.

Aksiya iştirakçılarından bir qrupu Müdafiə Nazirliyinin binasına daxil olub. Digər narazı valideyn Hayk Antanyan isə deyib ki, onları yüksək rütbəli hərbçilərdən biri qəbul edib.
Antanyan qeyd edib ki, oğlu Samvel 15 sentyabrda itkin düşüb və cəmi iki aymış ki, xidmətdə imiş

- Deyəsən bizi qəbul edən qərargah rəisi idi. Bizə dedilər ki, gözləməliyik, axtarış işləri davam edir. Məlumat olan kimi bizə məlumat veriləcək.

Onun sözlərinə görə, oğlunun xidmət apardığı hərbi hissədə də olub, əsgər yoldaşları ilə görüşüb. Amma heç kimdə itən əsgər barədə məlumat yoxdur. Bircə onu bilirlər ki, toqquşmalardan bir gün əvvəl oğlu mühəndislik işləri üçün cəbhə xəttinə aparılıb.

- Hərbi hissəyə gedirik, deyirlər komandir sərhədə tərəfə, cəbhə xəttinə gedib. Dərhal sərhədə gedirik və ordan da əksini deyirlər. Bizə deyirlər komandir hərbi hissəyə dönüb. Biz yenidən hərbi hissəyə qayıdanda isə dedilər ki, komandir görüşə gedib. Beləcə sonsuzacan uzadılır, heç kim anlayacağıçmız dildə cavab vermir, - Antanyan gileylənib.
Tural Tağıyev
AzVision.az

Teqlər: Aksiya   Ermənistan  







Xəbər lenti