Erməni dilemması – KARİKATURA

   Erməni dilemması    – KARİKATURA
  20 Sentyabr 2022    Oxunub:3139
Erməni kilsəsi tərəfindən ortaya atılan və qonşu ölkələrin ərazilərinə iddialar üzərində qurulmuş “Böyük Ermənistan” ideyasını dünyanın müxtəlif ölkələrində güclü dayaqları olan Erməni diasporu hər zaman dəstəkləyib.
Hazırda post-münaqişə dövrünün mühüm komponenti hesab edilən sülh müqaviləsinin hazırlanması məhz Erməni Apostol Kilsəsi və onun ideyalarının əsas dəstəkçisi olan Erməni diasporu tərəfindən qətiyyətlə rədd edilir. Bununla da hər iki təsisat regionda sülh və sabitliyin, o cümlədən, Ermənistan dövlətinin varlığını davam etdirdiyi coğrafiyada gələcək inkişafının qarşısını almaqdadır.

Son 30 il ərzində məhz kilsə və diasporun maraqları çərçivəsində atılan addımların Ermənistanı siyasi, iqtisadi, hərbi, diplomatik və demoqrafik baxımdan hansı vəziyyətə saldığını xatırlamaq yerinə düşər.

Ermənistan hökuməti keçmişdən nəticə çıxararaq buna son qoyacaqmı?

Ardı var...


Teqlər: Ermənistan  





Xəbər lenti