ABŞ Rusiya ilə danışıqlardan imtina etdi

ABŞ Rusiya ilə danışıqlardan imtina etdi
  03 May 2014    Oxunub:1035
Rəsmi Vaşinqton Rusiya xarici işlər naziri Serqey Lavrov və ABŞ dövlət katibi Con Kerrinin əvvəlcədən planlaşdırılan telefon danışığından imtina edib.

AzVison.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, buna səbəb rəsmi Moskvanın danışıqlar zamanı Suriya məsələsi ilə yanaşı, Ukrayna məsələsini də müzakirə etmək istəməsi olub.

Rusiya Xarici İşlər Nazirliyindən olan mənbə bildirib ki, bu cür yanaşma bizim amerikalı həmkarlarımızın Ukrayna böhranın həllində maraqlı olmadıqlarını göstərir: “Ukraynada gərgin vəziyyəti nəzərə alaraq, Rusiya tərəfi Suriya kimyəvi silahları ilə məsələsi ilə yanaşı, Ukraynanın cənub-şərqindəki vəziyyəti də müzakirə etmək istəyirdi. Lakin ABŞ tərəfi Ukrayna məsələsini müzakirə ediləcəyini bildikdən sonra danışıqlardan imtina edib”.

Eldar
AzVision.az



Teqlər:





Xəbər lenti