“Elçibəyin zəhərlənməsi ilə bağlı məlumatlar sentyabrda açıqlanacaq”

“Elçibəyin zəhərlənməsi ilə bağlı məlumatlar sentyabrda açıqlanacaq”
  06 Aprel 2013    Oxunub:1610
“Bu günə qədər cinayət işi ilə bağlı 110 nəfər şahid dindirilib”.
AVision.az-a açıqlamasında bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. Onun sözlərinə görə, artıq istintaq yekunlaşmaq üzrədir.

“İstintaq bitmək üzrədir. Artıq tam sübuta yetirilib ki, Elçibəy zəhərlənərək öldürülüb. Bu günə qədər cinayət işi ilə bağlı 110 nəfər şahid dindirilib. Sentyabr-oktyabr aylarında isə bütün məlumatlar ictimaiyyətə çatdırılacaq”.
H.Hacıyev bildirib ki, istintaqla bağlı bəzi məqamlar sirr olduğu üçün onları açıqlamaq olmaz.

“Amma istintaqın nəticəsindən asılı olaraq, Elçibəyin qəbri də açıla bilər. Ancaq onu deyə bilərəm ki, Elçibəyin zəhərlənərək öldürülməsi tam sübuta yetirilib”

Qeyd edək ki, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin müraciəti əsasında Əbülfəz Elçibəyin qəsdən zəhərlənməsinin araşdırılması məqsədilə Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi açıb.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti