"AzVison"un toxunduğu məsələ prezidentlərin diqqətində

 "AzVison"un toxunduğu məsələ prezidentlərin diqqətində
  01 İyul 2022    Oxunub:4093
Xəzəryanı dövlətlərin başçılarının Aşqabad zirvəsində toxunulan məsələlərdən biri də dənizin ekoloji problemlərilə bağlı olub. Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, məhdud tərkibdə keçirilən görüşdə xüsusi narahatlıq doğuran məsələlər, konkret olaraq Xəzər dənizinin dayazlaşması barədə həmkarları ilə fikir mübadiləsi aparıblar.
“Biz bunu uzun illər boyu müşahidə edirik və təəssüf ki, dayazlaşmanın dinamikası narahatlıq doğurur. Buna görə biz fikir mübadiləsi apardıq və yəqin ki, nümayəndə heyətlərimiz belə ekoloji fəlakətin səbəblərinin aşkar edilməsi və Xəzərin bundan sonrakı dayazlaşmasının qarşısını almağa yönəlmiş tədbirlərin müəyyənləşdirilməsi üçün xüsusi ekspert qruplarının yaradılması işini davam etdirəcəklər”,- dövlət başçımız vurğulayıb.

Qeyd edək ki, Xəzərin dayazlaşmasının region ölkələrinə yarada biləcəyi iqtisadi problemlər AzVisionun hazırladığı ikinci lonqridin əsas mövzusu olmuşdu. “Trilyonluq tərəddüd” adlanan həmin materialda hadisənin həm təbii, həm antropogen tərəfləri araşdırılmışdı. Xəzərətrafı ölkələrdən olan mütəxəssislərin fikirləri də öyrənilməklə bu prosesin ölkələrin iqtisadiyyatına vura biləcəyi zərərin qarşısını almaq üçün hansı tədbirləri görməyin mümkünlüyü göstərilmişdi.



Həmin yazıda toxunulan vacib məsələnin dövlət başçılarının sammitində qaldırılması “AzVision”un lonqridlərinin önəmini bir daha göstərir. Hazırda daha iki lonqrid oxucularımızın diqqətinə təqdim edilmək üçün hazırlanır. Hələlik isə dövlət başçılarının səviyyəsində diqqət yetirilən yazını bir daha oxucularımıza təqdim edirik.

AzVision.az



Teqlər: Lonqrid  





Xəbər lenti