Mastercard -ın Azərbaycan və Türkiyə üzrə yeni baş direktoru təyin olunub

 Mastercard -ın Azərbaycan və Türkiyə üzrə yeni baş direktoru təyin olunub
  02 İyun 2022    Oxunub:1103
Mastercard şirkətinin tərkibində ən son Mastercard-ın Türkiyə üzrə Prezidentinin Köməkçisi kimi çalışan Avşar Gürdal bundan sonra şirkətin Azərbaycan və Türkiyə üzrə Baş Direktoru vəzifəsini icra edəcək.
Boğaziçi Üniversitetinin Maşın Mühəndisliyi fakültəsindən məzun olduqdan sonra Koç Üniversitestində MBA dərəcəsi əldə edən Mastercard-ın Türkiyə ve Azərbaycan üzrə yeni Baş Direktoru Avşar Gürdal, 2015 ildən etibarən Mastercard şirkətinin əməkdaşı olaraq çalışmaqdadır.

Karyerasına Unilever şirkətində başlayan Gürdal, PRG və Value Partners kimi şirkətlərdə çalışdıqdan sonra sonra 2015-ci ildə Mastercard Advisors-un tərkibinə cəlb edilib. 2016-cı ildə Mastercard Müştəri Xidmətləri şöbəsinin İcraçı Direktoru vəzifəsinə təyin edilib. 2019-cu ildən etibarən Mastercard-ın Türkiyə üzrə Prezidentinin Köməkçisi vəzifəsini icra edən Gürdal bundan sonra şirkətin Türkiyə və Azərbaycan bazarlarındakı idarəçilik ilə məşğul olacaq.

Qeyd edək ki, Masterсard ödəniş sənayesi sahəsində fəaliyyət göstərən qlobal bir texnologiya şirkətidir. Şirkətin missiyası əməliyyatları daha təhlükəsiz, sadə, ağıllı və əlçatan etməklə hər kəsə hər yerdə faydalı olan əhatəli, rəqəmsal iqtisadiyyat yaratmaq və onu gücləndirməkdir.

AzVision.az



Teqlər:





Xəbər lenti