"Nə vaxt bir olduqsa qazandıq, ayrı olduqsa itirdik" - Səlcuq Bayraktar

 "Nə vaxt bir olduqsa qazandıq, ayrı olduqsa itirdik" -  Səlcuq Bayraktar
  25 May 2022    Oxunub:1366
"Qarabağ müharibəsində Türk Orduları dünyada PUA-larla qazanılmış ilk qələbəyə imza atdı. Bununla da içimizdə qanayan yara sonlandı. Bu birliyi gücləndirmək, texnologiyanı birlikdə inkişaf etdirmək üçün "TEKNOFEST"in Azərbaycanda keçirilməsinə qərar verildi".
AzVision.az xəbər verir ki, bunu "Baykar" şirkətinin texnoloji lideri, T3 Vəqfi qəyyumlar şurasının sədri Səcuk Bayraktar jurnalistlərə açıqlamasında deyib.

- "Baykar" olaraq Azərbaycanda texnologiyanın inkişaf etdirilməsi üçün hədəflərimiz var. - Bayraktar bildirib,- Bunu yaxın zamanda həyata keçirməyi düşünürük. Bu festivallar insanların qabiliyyətinin üzə çıxmasına vəsilə olacaq. İstedadlı şəxslərimiz Qərbə getməyəcək, öz ölkələrinin texnologiyasını inkişaf etdirib, öz PUA-larını yaradacaq. Futbola verdiyimiz dəyər qədər texnologiyanın inkişafına da xüsusi diqqət yetirməliyik ki, ölkəmiz bu sahələrdə müstəqil olsun".

O,əlavə edib ki, "TEKNOFEST" ilk dəfə 2018-ci ildə İstanbulda şəhərində keçirilib və tədricən genişlənərək dünyanın ən böyük festivalı olub: "Azərbaycanda ona böyük maraq olması əhəmiyyətlidir. Biz iki ölkə nə vaxt bir yerdə olduqsa qazandıq, nə vaxt ayrı olduqsa itirdik. Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğana təşəkkür edirəm ki, bu layihəni dəstəklədilər və bu festivalın keçiriməsini himayə etdilər".

Aytən Zəhra
AzVision.az

Teqlər:







Xəbər lenti