Azərbaycan nefti 117 dollardan baha satılır

Azərbaycan nefti 117 dollardan baha satılır
  14 May 2022    Oxunub:722
Dünya bazarında neft qiymətlərində artım qeydə alınıb.
AzVision.az xəbər verir ki, WTI markalı neftin iyun fyuçersləri 4,11% bahalaşaraq, bir bareli 110,49 ABŞ dolları təşkil edib. “Brent” markalı neftin iyul fyuçersləri 3,82% bahalaşaraq, bir bareli 111,55 ABŞ dolları təşkil edib.

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,27 ABŞ dolları, yaxud 2,87 % artaraq 117,25 ABŞ dolları təşkil edib.

AzVision.az



Teqlər: Neft  





Xəbər lenti