İndiyədək 643 şəxs övladlığa uşaq götürmək üçün müraciət edib

   İndiyədək 643 şəxs övladlığa uşaq götürmək üçün müraciət edib
  13 May 2022    Oxunub:416
“2019-cu ilin noyabrın 1-dən indiyədək 643 şəxs övladlığa uşaq götürmək üçün müraciət edib”.
AzVision.az xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin Övladlığagötürmə departamentinin müdiri Cavid Şahmalıyev deyib.

O bildirib ki, bu gün müraciət edən vətəndaşlar daha məlumatlıdırlar.

"Bu ilin ötən dövründə Azərbaycanda 90 uşaq övladlığa verilib. 2019-cu ilin noyabr ayının 1-dən bu günə qədər 238 uşaq övladlığa verilib. Onlardan 123-ü oğlan, 115-i isə qız olub. Yaş aralığına gəlincə, 0-3 yaşda 148, 4-11 yaşda 70, 12-18 yaşda isə 20 uşaq övladlığa verilib”.

Aytən Zəhra
AzVision.az

Teqlər:







Xəbər lenti