"Yaxın zamanda azad edilmiş ərazilərdə məktəb zəngi eşidəcəyik" - Nazir

 "Yaxın zamanda azad edilmiş ərazilərdə məktəb zəngi eşidəcəyik" -    Nazir
  04 May 2022    Oxunub:1251
"Azərbaycan təhsilinin və elminin son 50 ildə və bu gün də davam edən istiqaməti Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır".
AzVision.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində çıxışı zamanı deyib. Onun sözlərinə görə, 1970-cı illərdə məktəb şəbəkəsinin genişləndirilməsi Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

"Əgər 1970- ci ilin əvvəlində Azərbaycanda 765 məktəb var idisə, 70-ci ilin sonunda məktəblərin sayı 2117-ə çatdırılıb. 50 ildə ali təhsillə əhatəlilik nisbətinin dəfələrlə artmasının şahidi oluruq. Bu sahədə aparılan işlər Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir".

Nazir qeyd edib ki, təhsil sahəsində olan təşəbbüsləri 50 ildən sonra görmək mümkündür:

"Azərbaycan məktəbi bu gün zəfər çalmış xalqın məktəbidir. Hər bir şagirdimiz, müəllimimiz bu zəfərdən qürur duyur. Bu gün Azərbaycan təhsilinin qarşısında ümdə məsələlər durur. Bu gün Şuşa və Ağdamda məktəblər tikilir. Cəbrayılda, Suqovuşanda və yaxın zamanda Zəngilanda məktəblər şagirdlərimizin istifadəsinə veriləcək və orada zəng səsi eşidəcəyik".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti