Sərkisyandan Ağ evə şikayət etdi

Sərkisyandan Ağ evə şikayət etdi
  04 Aprel 2013    Oxunub:1239
Aclıq elan etmiş erməni Ağ evə üz tutdu
İnsan haqları üzrə fəallardan biri olan Aram Manukyan 17 gündür ki, Kaliforniyada aclıq elan edib. Bu gündən isə o aksiyasını Vaşinqtonda davam etdirəcək.

Orada 1 həftə qalacağını bildirən erməni aksiyasını aprelin 9-da Ağ evin qarşısında yekunlaşdırmaq niyyətindədir. Manukyan tələblərini ABŞ prezidenti Barak Obamaya açıq məktubla bildirib. O, prezident və Konqresdən cavab gəlməyənə qədər Ağ evin qarşısından çəkilməyəcəyini deyib.

Manukyan hesab edir ki, Barak Obama Serj Sərkisyana ikinci müddətə prezident seçilməsi ilə bağlı təbrik məktubu göndərməkdə tələsib.

Qeyd edək ki, Sərkisyan rejiminin qatı əleyhdarlarından olan Aram Manukyan Birləşmiş Ştatları şəhərbəşəhər gəzərək Sərkisyanın prezidentliyə layiq olmadığını və Ermənistandakı biabırçı vəziyyət barədə erməni ictimaiyyətinin fikirlərini amerikalılara çatdıracağını bəyan edib.

Los-Anjelosdan Vaşinqtona gedərkən Manukyan, yolüstü daha 10 ştata və Kolumbiya dairəsinə baş çəkərək oradakı insanlara Ermənistan həqiqətlərini çatdıracaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti