100 manata kirpi əti satan saxlanıldı

100 manata kirpi əti satan saxlanıldı
  14 Fevral 2022    Oxunub:2970
Xocalı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində qanunsuz olaraq ovladığı oxlu kirpinin ətini satmaq istəyən Goranboy rayon sakini saxlanılıb.
Daxili İşlər Nəzirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan AzVision.az verilən məlumata görə, Goranboy rayon sakini Rəsul Məhərrəmov qanunsuz olaraq ovladığı oxlu kirpinin ətini 100 manata satmaq istəyən zaman saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Şöbədə onunla profilaktiki söhbət aparılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (Balıq və digər su bioresurslarının mühafizəsi və ov qaydalarının pozulması) maddəsi ilə protokol tərtib edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti