Evində narkotik və silah gizlədən şəxs saxlanılıb

Evində narkotik və silah gizlədən şəxs saxlanılıb
  27 Yanvar 2022    Oxunub:1348
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri evində narkotik vasitə və odlu silah gizlədən şəxs saxlanılıb.
AzVision.az xəbər verir ki, daxil olmuş məlumat əsasında keçirilən tədbir zamanı narkotik vasitə daşımaqda və gizlətməkdə şübhəli bilinən rayon sakini Elmir Yaqublu saxlanılıb.

Saxlanılan şəxsin yaşadığı ünvana baxış keçirilərkən oradan sellofan torbada narkotik vasitə olan qurudulmuş marixuana, eləcə də qanunsuz olaraq saxladığı ov tüfəngi aşkar edilərək götürülüb. Faktla bağlı polis şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

AzVision.az


Teqlər: DİN   Silah  





Xəbər lenti