İstirahət məntəqəsində ölü insan dölü tapılıb

İstirahət məntəqəsində ölü insan dölü tapılıb
  26 Yanvar 2022    Oxunub:724
Azərbaycanda istirahət məntəqəsində ölü insan dölü aşkarlanıb.
Bu barədə AzVision.az -ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Bildiirlib ki, yanvarın 25-i saat 18 radələrində Neftçala rayonu ərazisində yerləşən “Dayan-dincəl” adlı istirahət məntəqəsinin sanitar qovşağının qarşısında ölü insan dölünün aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Qeyd edilən faktla bağlı Neftçala Rayon Prokurorluğunda araşdırma aparılır.

AzVision.az



Teqlər: Döl   İnsan  





Xəbər lenti