Qadın kassir mağazadan 55 min oğurladı

Qadın kassir mağazadan 55 min oğurladı
  26 Yanvar 2022    Oxunub:638
Bakıda kassir mağazadan 55 min manat pul oğurlayıb.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə yanvarın 23-də Azadlıq prospektində yerləşən mağazalardan birinin kassasından 55 min manat pulun oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən həmin mağazada kassir işləyən Neftçala rayon sakini M.Əhmədova saxlanılıb. Araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   Kassir  





Xəbər lenti