ABŞ kül altında qala bilər - Vulkan təhlükəsi

ABŞ kül altında qala bilər - Vulkan təhlükəsi
  05 Aprel 2014    Oxunub:4177
ABŞ-ın Vayomin ştatının Qeyzer gölləri arasında yerləşən Yellouston vulkanı fəallıq göstərməyə başlayıb.
AzVision.az xarici mətbuata istinadən verdiyi xəbərə görə, vulkanın sahəsi 4 min kvadrat kilometr, ölçüsü isə iki Tokio şəhəri ilə müqayisə edilə bilər. Əgər Yellouston vulkanı oyansa, o zaman nəinki ABŞ, eləcə də bütün planet təhlükə altında qalacaq.
Amerikalı geoloqlar bu yaxınlarda Yellouston qoruğunda apardığı tədqiqatlar zamanı dəhşətə gəliblər. Belə ki, Qeyzer göllərində suyun tempraturu 20 dərəcəyə çatıb ki, buda normadan dəfələrlə artıqdır.

Amma ən dəhşətlisi bu deyil. Qoruğun ərazisində son vaxtlar yeraltı təkanlar tez-tez baş verir. Bu, narahat olmağa ən başlıca səbəblərdən biridir. Hazırda 60-a yaxın təkan qeydə alınıb ki, onlardan da ən güclüsü martın 30-da 4,8 bal gücündə olub.
Geoloqların sözlərinə görə, artıq heyvanlar qoruğu tərk edirlər. Vulkanın maqması isə hərəkətə başlayıb. Əgər Yer planetinin ən fəal vulkanı püskürərsə, onun gücü min atom bombası gücünə bərabər olacaq və bu, ekoloji fəlakətə səbəb ola bilər.

Belə bir hal baş verərsə bütün ölkə kül altında qala bilər. Alimlər istisna etmirlər ki, vulkanın püskürməsi nəticəsində digər ölkələrə də ziyan dəyəcək. Hazırda alimlər Yelloustan vulkanın çox ciddi təhlükə yaradacağını desələr də ABŞ höküməti fəlakətin qarşısını almaq üçün heç bir tədbir görmür.



Teqlər:  





Xəbər lenti