Suriyada “mart” qırğını

Suriyada  “mart” qırğını
  02 Aprel 2013    Oxunub:1168
Suriyada bu ay ərzində törədilən qətllər artıq mart ayını ən çox qırğın törədilən ay kimi xarakterizə edib.
AzVision.az-ın məlumatına görə, ölkədəki Bəşər Əsəd tərəfdarları ilə müxalif qüvvələr arasında baş verən qarşıdurmalar zamanı təkcə bu ay ərzində altı mindən çox adam qətlə yetirilib.

Öldürülənlərin əksəriyyətinin dinc sakinlər olduğu bildirilir.

Xatırladaq ki, vətəndaş müharibəsinin ocağına çevrilən Suriyada son 2 ildə qətlə yetirilənlərin ümumi sayı əslində 120 min nəfərə yaxındır. Rəsmi dairələr isə bu rəqəmin az olduğunu bildirir.


Teqlər:  





Xəbər lenti