Şoyqu almaniyalı həmkarına cavab verdi

Şoyqu almaniyalı həmkarına cavab verdi
  23 Oktyabr 2021    Oxunub:721
“NATO öz qüvvələrini ardıcıl olaraq Rusiya Federasiyası ilə sərhədlərə yığır”.
AzVision.az "TASS"a istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu almaniyalı həmkarı Anneqret Kramp-Karrenbauerin bəyanatına cavab olaraq deyib.

Onun sözlərinə görə, belə halların Almaniya və Avropa üçün necə başa çatdığını Almaniyanın müdafiə naziri yaxşı bilməlidir: "Avropanın təhlükəsizliyi Rusiyanın maraqlarına xələl gətirmədən ümumi xarakter daşıya bilər. Lakin bu məsələdə bərabər hüquqlu dialoqa bu gün məhz NATO hazır deyil”.

Şoyqunun fikrincə, NATO-nun Əfqanıstanda “dayandırmaq” planı fəlakətlə nəticələnib: “NATO-nun bu planı indi bütün dünyanın üzləşdiyi fəlakətlə nəticələndi”.

Qeyd edək ki, Almaniyanın müdafiə naziri NATO-nu Rusiyaya qarşı daha sərt addımlar atmağa çağırıb: "Rusiya tərəfindən çağırışların artması ilə əlaqədar NATO açıq şəkildə göstərməlidir ki, hərbi xarakterli tədbirlərə əl atmağa hazırdır”.

AzVision.az



Teqlər: Rusiya   NATO  





Xəbər lenti