Şekspir qəddar və simic ağa olub

Şekspir qəddar və simic ağa olub
  01 Aprel 2013    Oxunub:1559
Şekspir 1598-ci illərdəki quraqlıq dönəmində taxılı baha qiymətə sataraq insanları çətin duruma salırmış
Dünya ədəbiyyatının ən məşhur dramaturqlarından biri, ən azı 17 komediyanın, onlarla tarixi pyesin, 11 faciənin və sonetlər müəllifi Uilyam Şekspir haqqında maraqlı faktlar ortaya çıxıb.

AzVision.az The Daily Mailə istinadən xəbər verir ki, Aberistuit Universitetində bir neçə ədəbiyyatşünas alimin apardığı araşdırmalar nəticəsində Şekspirin aclıq və səfalət illərində qəddar və simic torpaq sahibi olduğu ortaya çıxıb.

O, 1598-ci illərdəki quraqlıq dönəmində mərhəmətsiz bir iş adamı kimi taxılı dəyərindən yüksək qiymətlə ac insanlara satıb.
Bununla kifayətlənməyən Şekspir, hətta vergidən yayınaraq vergi müfəttişləri tərəfindən axtarışa da verilib.

Qeyd edək ki, bu sənədləri ortaya çıxaran alimlər, mayda keçiriləcək beynəlxalq festivalda çıxış edəcəklər. Onlar öz məruzələrində Şekspirlə bağlı irəli sürdükləri bu iddiaları, geniş şəkildə işıqlandıracaqlar.

Məruzələrdə həmçinin, vurğulanır ki, , Şekspir nə az, nə çox, 15 il ərzində qonşularına və yerli tacirlərə baha qiymətlərlə taxıl satıb və taxılın pulunu vaxtında ödəyə bilməyənlərin arxasına düşüb. Nəticədə əldə etdiyi, gəlirləri isə borc verərək insaları çətin duruma salmağa sərf edib.

Alimlər bu faktları ortaya çıxarmaqla ədəbiyyat aləmində şok effekti yaradacağını bildirsə də, müasir oxuyucuların, Şekspir haqqında bunları bilməsinin zəruriliyini vurğulayıb.

Qeyd edək ki, Şekspir yaradıcılığını dərindən bələd olan mütəxəssis Conatan Beyt, Sunday Times qəzetinə verdiyi açıqlamada, bu araşdırmanın çox dəyərli bir araşdırma olduğunu bildirib.


Teqlər:  





Xəbər lenti