
"Bu gün isə kassalar 15:00-dan açılacaq. Parka giriş qiymətləri böyüklər üçün 5 manat, kiçiklər üçün 2 manatdır. Şəhid ailələri və 3 yaşa qədər uşaqlar Parka ödənişsiz daxil ola biləcəklər. Qazillər, I, II, III qrup Vətən müharibəsi əlillərinin övladları, şagird və tələbələr üçün bilet qiymətləri güzəştli olacaq".

N.İsayeva bildirib ki, Zooparkın ərazisindəki qapalı məkanlara, akvaterrariuma və restoranlara girişdə COVID-19 pasportu tələb olunacaq: "Ümumiyyətlə, Zooparkın ərazisi iki dəfə böyüdülərək 4.25 hektara çatdırılıb. Parkda 125 heyvan növü var. Onlardan 62-si akvaterrariumdadır. Zooparkda "Qırmızı kitab"a düşən heyvan növləri də var. Nəsli kəsilməkdə olan heyvanların çoxaldılması və təbiətə buraxılması üçün gələcəkdə layihələr olacaq".











Aytən Zəhra
Foto: Anar Bayramlı
Video:Əhməd Xəlilov, Bəxtiyar Məmmədov
Azvision.az