Hava mülayimləşir
Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz olacaq, arabir Şərq küləyi əsəcək. Temperatur gecə 0-5° isti, dağlıq ərazilərdə 5°-dək şaxta, gündüz 13-18°, bəzi yerlərdə 20°-dək isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaq. Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava, əsasən, yağmursuz, səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Temperatur gecə 0-5, gündüz 13-18° isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava, əsasən, yağmursuz, bəzi yerlərdə duman olacağı gözlənilir. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 11-16° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı,Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava, əsasən, yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Temperatur gecə 3-8°, gündüz 15-20, bəzi yerlərdə 22°-dək isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava, əsasən, yağmursuz, səhər dağlarda duman olacağı gözlənilir. Havanın temperaturunun gecə 3-7°, gündüz 13-18° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 8-13° isti olacağı gözlənilir.