“Azercell” xəbərdarlıq etdi
Azvision.az-ın “APA-Economics”ə istinadən verdiyi xəbərə görə, şirkət son günlər “Azercell” şəbəkəsi istiqamətində beynəlxalq mobil dələduzların fəallaşmasını nəzərə alaraq abunəçilərə daha diqqətli olmaq tövsiyə edilir.
“Azercell Telekom” şübhəli məzmunlu SMS-lərə geri dönüş etməməyi, həmin SMS-də göstərilən beynəlxalq nömrələrə zəng etməməyi məsləhət görür: “Əks halda, nömrənizin hesabında böyük məbləğdə xərclər yarana bilər. Şirkətin həyata keçirdiyi yeni kampaniya, tarif planları və digər məhsullar barədə məlumatlar Azercell-in rəsmi saytı, Facebook səhifəsi və mətbuat kanalları vasitəsilə abunəçilərə çatdırılır”.