Dəm qazı yenidən can aldı

Dəm qazı yenidən can aldı
  22 Mart 2014    Oxunub:1071
Tiflis şəhərinin Krtsanisi rayonunda 4 azərbaycanlı dəm qazından boğulub. AzVision.az APA- ya istinadən xəbər verir ki, hadisə Tiflisdə yaşayan, əslən Bolnisi rayonunun Darvaz kəndindən olan Şahmurad Bayramovun ailəsində baş verib.

Darvaz kənd orta məktəbinin müəllimi Süleyman Orucov bildirib ki, Ş. Bayramovun 4 yaşlı nəvəsinin ad günü münasibətilə mərasim keçirilib.

Ş. Bayramovun 25 yaşlı oğlu Zamin Bayramov qonaqlıqdan sonra hamamda yuyunub, qızdırıcının qazını söndürməyərək yatıb.

Nəticədə Z. Bayramov, onun 58 yaşlı anası Nanə Bayramova və ad günündə iştirak etmək üçün Rustavidən gəlmiş 17-18 yaşlarında iki qohumu, adları hələlik məlum olmayan gənclər dəm qazından zəhərlənərək ölüblər.

Z. Bayramovun içkili olduğu, hamamdan yuyunduqdan sonra qızdırıcını da məhz sərxoş vəziyyətdə olduğu üçün söndürməyi unutduğu bildirilir.

Dünyasını dəyişən şəxslər sabah torpağa tapşırılacaqlar.


Teqlər:  





Xəbər lenti