Bakının mərkəzində binanın damı uçdu - FOTO

Bakının mərkəzində binanın damı uçdu - FOTO
  21 Mart 2014    Oxunub:1410
Bakıda hündürmərtəbəli binanın damının bir hissəsi qoparaq yerə tökülüb.

AzVision.az Day.Az-a istinadən xəbər verir ki, bina Həzi Aslanov və Mirzə İbrahimov küçələrinin kəsişməsində yerləşir.

Sakinlər bildiriblər ki, hadisəyə səbəb gecədən əsən güclü külək olub. Damdan tökülən daşlar həyətdə saxlanmış avtomobili zədələyib.

Xəsarət alan yoxdur. Hadisə yerini polis və FHN işçiləri əhatəyə alıblar.

Qalereya




Teqlər:  





Xəbər lenti