“E-təbib”ə yalan məlumatlar daxil edən tibb işçilərinə cinayət işi başlanılıb

“E-təbib”ə yalan məlumatlar daxil edən tibb işçilərinə cinayət işi başlanılıb
  10 Sentyabr 2021    Oxunub:1558
Koronavirus pandemiyasının yayılmasının qarşının alınması məqsədi ilə ölkəmizdə aparılan genişmiqyaslı vaksinasiya prosesinə qarşı yönəlmiş qanunsuz əməllərə qarşı prokurorluq orqanları tərəfindən kompleks mübarizə tədbirləri davam etdirilir.
Goranboy Rayon Prokurorluğundan Azvision.az -a verilən məlumata görə, Goranboy rayon Mərkəzi Xəstəxanasında avqustun 24-də koronavirus xəstəliyi əleyhinə aparılmış vaksinasiya prosesi zamanı qanunsuzluqlara yol verilməsi barədə daxil olmuş məlumat əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı Goranboy RMX PHŞ-də tibb qeydiyyatçıları Gülşad Əliyeva və Ayşən Qəhrəmanovanın vaksinasiyanın həyata keçirilməsi ilə bağlı onlara həvalə edilmiş qulluq səlahiyyətlərindən istifadə etməklə tamah niyyəti ilə “e-təbib” informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanılıb.

Hazırda təqsirli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində zəruri istintaq hərəkətləri həyata keçirilir.

Azvision.az



Teqlər: Tibb-işçisi  





Xəbər lenti