"Fred Asif"in oğlu məğlub etdiyi erməniyə nə deyib? - Eksklüziv+Video

 "Fred Asif"in oğlu məğlub etdiyi erməniyə nə deyib? -  Eksklüziv+Video
  07 Sentyabr 2021    Oxunub:10118
“Yarışa hazırlaşmamışdım, imtina etmək fikrindəydim. Ancaq rəqibimin erməni olduğunu biləndə iştirak etmək üçün razılığımı verdim”.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Milli Qəhrəmanı Fred Asifin oğlu Azər Məhərrəmov PAL Vanderra çempionatında ukraynanı təmsil edən erməni idmançı Hevorx Muradyan üzərində qələbəsindən danışarkən deyib. "Arm Wrestling" liqasının kubokuna sahib olan Azər bu görüşdə tək idmançı kimi deyil, həm də vətənpərvər bir oğul mövqeyində olduğunu dilə gətirib.


“Bu yarışa Avropa və dünya çempionları qatılmışdı. Mənə bu haqda yarışın başlanmasına 25 gün qalmış məlumat verdilər. Həm xəstə olduğuma, həm də hazırlaşmadığıma görə görüşdən imtina etmək fikrindəydim. Erməni olmasaydı, getməyəcəkdim. Düşündüm ki, “ermənidən qorxub gəlmədi” deyərlər, ona görə də mütləq iştirak etmək lazımdır. Və Ukraynaya yolldandım.


Orada olanda xəbər tutdum ki, Hevorx dörd ay imiş ki, mənim yarışlarıma baxıb, məşq edirmiş. Əvvəlcədən mənimlə görüşə hazırlaşırmış. Amma bütün planlarını alt-üst etdim. Onun üzərində qələbə çaldım və dedim, “Zəifsən, get bir az da məşq elə!” Rəqibimiz güclü ola bilər. Ancaq biz yarışlara çıxanda ermənilərin törətdiklərini yada salıb, güləşirik. Bu, bizi bir az da güclü edir. Atam döyüş meydanında ermənini məğlub edirdi, övladı isə idman yarışlarında onlara yerini göstərir”, -deyir Azər Məhərrəmov.

Qalib idmançı söhbətimizə qazandığı digər uğurlarından danışmaqla davam edir.

“1997-ci ildən idmanla məşğulam.1999-cu ildə ilk dəfə Osetiyada, 2000-ci ildə isə İstanbulda dünya çempionatında iştirak etmişəm. Rusiyada 10 il ardıcıl çempion olmuşam. Hər dəfəsində də Azərbaycanın bayrağı dalğalanıb. Nailiyyətlərim çoxdur, Avropa və dünya çempionu adını da qazanmışam”.







Şahanə Rəhimli
Azvision.az


Teqlər: Fred-Asif   Azər-Məhərrəmov   Qalib  





Xəbər lenti