İctimai yerlərdə 12 aktiv virus xəstəsi aşkarlanıb

İctimai yerlərdə 12 aktiv virus xəstəsi  aşkarlanıb
  26 Avqust 2021    Oxunub:1369
Avqustun 25-də daxili işlər orqanlarının əməkdaşları respublika ərazisindəki ictimai yerlərdə 12 nəfər aktiv koronavirus xəstəsi aşkar edərək saxlayıblar.
DİN-in mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 1 nəfər barəsində cinayət işi başlanılıb. İstintaq araşdırmaları davam etdirilir.


Azvision.az



Teqlər: COVID-19  





Xəbər lenti