Pulunu ver, vətəndaşlıq al! – Maraqlı FAKTLAR

Pulunu ver, vətəndaşlıq al! – Maraqlı FAKTLAR
  18 Mart 2014    Oxunub:5712
Bəzi ölkələr var ki, siz qanuni formada pul ödəyərək oranın vətəndaşlığını ala bilərsiniz.

AzVision.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, Maltada 650 min avro qarşılığında bu ölkənin vətəndaşı olmaq mümkündür.
Bu ölkənin Avropa Birliyinin üzvü olması, Şengen bölgəsində yerləşməsi, ABŞ-la viza rejiminə malik olması onu vətəndaşlıq üçün prestijli edir. Hesabınızda 2 milyon dollar varsa, sizin Sinqapur vətəndaşı olmaq şansınız da var. Fəqət, bir şərt daha var. Siz illik 160 milyon dollarlıq kapital dövriyyəsinə malik olmalısınız.

Avstriya da pul qarşılığında vətəndaşlıq izni verir. Amma pulun məbləğinin nə qədər olması açıqlanmır və gizli saxlanılır.
Bundan əlavə çox qəribə bacarıqlar tələb olunur. Misalçün, siz dilinizi burnunuza vura bilirsinizsə Avstriya vətəndaşı ola bilərsiniz.

Belçika vətəndaşı olmaq üçün ən azı 3 il burada yaşamaq tələb olunur. Bu şərti yerinə yetirə bilsəniz, dövlətin müəyyən etdiyi miqdarı ödəyib, bu ölkənin vətəndaşlığını ala bilərsiniz.

Rəsmi olaraq Avropa Birliyinə daxil olan Kiprin yunan hissəsində vətəndaşlıq haqqı çox yüksəkdir. Dövlətin qoyduğu məbləğ 3 milyon avrodur.

Əgər 500 min avronuz varsa Monteneqronun pasportunu daşımaq sizin üçün çətin olmayacaq. Siz hər şeyi unudub okean adalarının birində yaşamaq istəyirsinizsə Antiqua və Barbudanı seçə bilərsiniz. Burada vətəndaşlığın qiyməti 400 min dollardır. Antil adalarının digər respublikası Dominikada 100 min dollar məbləğində kapital yatırımı etsəniz, vətəndaşlıq hüququna yiyələnmiş olursunuz.

Domika ilə adı nə qədər uyğun olsa da tam ayrı bir respublika olan Dominikan Respublikasında da vətəndaşlıq üçün 100 min dollar tələb olunur. Amma bu ailədən yalnız birinə aiddir. Evli, ya da övlad sahibisinizsə bu məbləğ 200 minə çatır. Vətəndaşlıq üçün 100 min dollarlıq kapital yatırımı tələb edən digər ölkə isə Qrenadadır.

Sent Kits və Nevisdə vətəndaşlıq üçün 250 min dollar tələb olunur. Amma bir şərtlə. İran vətəndaşlarına vətəndaşlıq hüququ verilmir. Bir milyon dollarlıq kapitala malik şirkət açsanız və hökümətin müəyyənləşdirdiyi bəzi yerlərdə 500 min dollarlıq investisiya yatırımı etsəniz ABŞ vətəndaşı ola bilərsiniz.

Böyük Britaniyanın vətəndaşı olmaq istəyirsinizsə beş il ərzində bir milyon funt-sterlink kapital qoyuluşu etməlisiz. 400 min dollar dəyərində yatırım edib, 10 nəfəri işlə təmin etsəniz Makedoniya vətəndaşı ola bilərsiniz.

Bolqarıstan vətəndaşı olmaq üçün bu ölkədə bir il qalmalı, üstəgəl 1,2 milyon dollar ödəməlidir.

Xorvatiyanın şərti isə 200 min dollarlıq kapital yatırmaqdır. Almaniya vətəndaşı olmaq üçün minimum yatırım tələbi 250 min avrodur. Bundan əlavə siz daha çox Almaniya vətəndaşlarını işlə təmin etdinizsə pasportu artıq cibinizdə bilin.

Beş il ərzində 50 min dollarlıq kapital qoyuluşu etsəniz Qvatemalılı ola bilərsiniz.

Asiyanın ən böyük sərbəst bazarı sayılan Honq Konq vətəndaşlığı sizə təxminən 1 milyon 260 min dollarlıq kapital qoyuluşuna başa gəlir. 800 min dollarlıq mülkünüz varsa və ölkəyə 400 min dollarlıq kapital qoyuluşu etsəniz özünüzə kanadalı deyə bilərsiniz.

Avropa Birliyi ölkəsi olan Slovakiya isə vətəndaşlıq üçün bir milyon dollarlıq kapital qoyuluşu tələb edir.

İrlandiya isə 500 min dollarlıq yatırım istəyir. Amma bundan sonra da siz o ölkənin vətəndaşı sayılmırsınız. Hökümətin müəyyən etdiyi tarixi gözləməyiniz lazımdır. Bu 3 ay da ola bilər, beş il də...

Uruqvay vətəndaşı olmaq üçün böyük pullar tələb olunmur. Sadəcə yoluxucu xəstəliyiniz olmasın və sizin aylıq maaşınız 1200 dollardan az olmamalıdır. 3 il yaşadıqdan sonra siz Uruqvay vətəndaşı olursunuz.

Emin Piri


Teqlər:  





Xəbər lenti