Soyğunçular yaxalanıb – FOTOLAR

Soyğunçular yaxalanıb – FOTOLAR
  18 Mart 2014    Oxunub:1189
DİN Baş Cinayət Axtarış İdarəsi və Səbayel rayon 39-cu Polis Bölməsi əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhərində xarici vətəndaşlara qarşı quldurluq və soyğunçuluq cinayətləri törətmiş 2 nəfər yaxalanıb.

Bakı şəhər sakinləri, 19 yaşlı Kamran Aslanov və 21 yaşlı Qabil Cəfərov və 2014-cü il martın 13-də Nəsimi rayonu ərazisində Böyük Britaniya vətəndaşı Huges Robertə qarşı quldurluq cinayəti həyata keçiriblər. Onlar xarici vətəndaşı vuraraq yerə yıxıb 1 ədəd qızıl üzüyünü, 1 ədəd qol saatını və 2 ədəd mobil telefonunu zorla talayıblar.

İstintaq araşdırmaları ilə daha sonra müəyyən edilib ki, saxlanılan şəxslər 2014-cü ili martın 8-də Andrey Sarokinə qarşı da quldurluq ediblər. Onlar gecə saatlarında Andrey Sarokini döyərək 500 manat pulunu, mobil telefonunu və digər qiymətli əşyalarını zorla əlindən alıblar.

Faktlarla bağlı cinayət işi açılıb, istintaq saxlanılan şəxslərin digər bu kimi cinayətlər törədib törətmədiyini araşdırır. Gördüyünüz bu şəxslərin cinayət əməllərindən zərər çəkmiş və ya hər hansı məlumatı olan vətəndaşların Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi"nə və ya yaxınlıqdakı polis orqanına dərhal məlumat verilməsi xahiş olunur.

AzVision.az





Teqlər:





Xəbər lenti