Şirvan sakinindən "patı" və heroin götürülüb

Şirvan sakinindən "patı" və heroin götürülüb
  11 Avqust 2021    Oxunub:965
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsində və satışında şübhəli bilinən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Azvision.az -a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində və satışında şübhəli bilinən əvvəllər məhkum olunmuş İslam Baxşalıyev saxlanılıb.

Onun yaşadığı evə baxış kecirilən zaman 20 qram "patı" adlanan psixotrop maddə maddə - metamfetamin, 50 qrama yaxın heroin, istehlak miqdarından artıq marixuana və bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Azvision.az


Teqlər: DİN   Narkotik  





Xəbər lenti